Bu gün Xaçmaz rayonunun qaz təchizatında fasilə yaranıb. Bu barədə ShimalNews 14 iyun tarixində məlumat verir.
Məlum olub ki, təmir işləri ilə əlaqədar mavi yanacağın verilişinin saat 17:00-dək dayandırılması planlaşdırılıb. Hazırda Xudat şəhəri və 30 kənd qazsız qalıb.
Bu müddət ərzində sakinlərdən qaz təhcizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.