Xaçmazda bəzi sakinlər tullantıları zibil qutusunun kənarına atırlar. Bu barədə ShimalNews 3 iyul tarixində şəhər İƏD-ə istinadən məlumat verir.
Ərazidə qoyulan zibil qutuları tam dolmasa da, onların ətrafına məişət tullantıları və qırılmış ağac budaqları toplanılır. Nəticədə natəmizlik yaranır. Bu isə abadlıq işlərində çətinlik və yubanmalara gətirib çıxarır.