Xaçmaz inzibati rayonunun tərkibinə daxil olan Şimali, Samurçay kəndlərinə, Nabran qəsəbəsinə, “Günəşli”, “Turist”, “Yalama-2” yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb. Bu haqda ShimalNews 18 aprel tarixində məlumat verir.
“Azərişıq” ASC tərəfindən açıqlama verilib ki, "Yalama" 110/35/10 kV-luq yarımstansiyasından çıxan 35 kV-luq "Nabran" və 35 kV-luq "Seyidli-1" hava xətləri təmirə çıxarılıb. İşlər saat 12:00-dək davam etdiriləcək.