Xaçmaz inzibati rayonunun tərkibinə daxil olan Xudat şəhəri, Şollar, Susayqışlaq, Pərdiqıran, Köhnə Xudat, Çaxçaxlı kəndləri, 4,5,6-cı şöbə ərazisi, Konservzavod qəsəbəsi yeni yaşayış massivinə elektrik enerjisinin verilişi dayandırılıb. Bu haqda ShimalNews 17 aprel tarixində məlumat verir.
“Azərişıq” ASC tərəfindən açıqlama verilib ki, Xudat 110/35/10 kv-luq Yarımstansiyasında 2-ci bölmə təmirə çıxarılıb. Bununla əlaqədar saat 10:00-dan etibarən həmin ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.