Xaçmaz Şəhər İƏD sakinlərin məsuliyyətə cəlb ediləcəyi haqda xəbərdarlıq edib. Bu barədə ShimalNews 1 fevral tarixində adıçəkilən quruma istinadən məlumat verir.
Bildirilib ki, küçələrdə məişət tullantıları üçün nəzərdə tutulan qutulardan kənara (səkilərə, yolların kənarına, yaşadıqları ərazilərə) zibil atan şəxslər təhlükəsizlik kameraları və təyin edilmiş nəzarətçilər tərəfindən müəyyən olunacaq.
Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 266.3 maddəsinə əsasən, 50 manat məbləğində cərimə ediləcəklər.
Eləcə də “qara siyahı” yaradılacaq. Ərazini zibilləyən şəxsin kimliyi bu siyahıda göstəriləcək. Həmin siyahının, eyni zamanda sosial şəbəkələrdə ictimaiyyətə təqdim olunacağı nəzərdə tutulub.