Xaçmazda çoxmərtəbəli binanın damında dekorativ hissələr sökülür. Bu barədə ShimalNews 26 yanvar tarixində məlumat verir.
Nəriman Nərimanov küçəsində yerləşən 5 mərtəbəli binanın sakinləri arzularına çatıblar. Onların sözlərinə görə, yağış və qar yağanda su mənzillərə sızır. Bu səbəbdən onlar müvafiq qurumlara dəfərlərlə “tac” formasında dekorasiyanın sökülməsi üçün şikayət ünvanlayıblar.