Xaçmaz şəhərinin Qara Qarayev və digər küçələrində iməcilik təşkil edilib. Bu barədə ShimalNews 9 may tarixində şəhər İƏD-ə istinadən məlumat verir.
RİH-nin Tədbirlər Planına uyğun olaraq, "Təmizlik ayı" davam edir. Bununla bağlı şəhər İƏD nümayəndəliyi, Mənzil Kommunal Təsərrüfatı idarəsi, Bələdiyyə işçilərinin və sakinlərin iştirakı ilə növbəti aksiya keçirilib.
İməciliklə yanaşı, yolların kənarında ağaclar əkilib və onlara qulluq göstərilib. Ətraf ərazilər isə səliqəyə salınıb.