Xaçmaz rayonunun Qobuqıraq kəndində məişət tullantıları yol kənarına atılır. Bu barədə ShimalNews-a 26 yanvar tarixində məlumat daxil olub.
Sakinlər bildirirlər ki, bu halın yaşanması zibil qutularının və ya xüsusi ayrılan yerin olmaması ilə bağlıdır.
“Zibil hara gəldi atılır, tullanılır, ətraf gec-gec təmizlənir. Yayda antisanitar vəziyyət daha da agırlaşır”, – deyə sakinlərdən biri bildirib.