Xaçmazın Qımılqışlaq kəndində “Açıq mikrofon” aksiyası keçirilib. Bu barədə ShimalNews 6 iyun tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Tədbir bu gün saat 11:00-dan 12:00-dək davam edib. Sakinlər kəndin genişlənən ərazisinin qazlaşdırılması və təchiz olunmuş kənddəki küçə qaz xəttinin təmir edilməsi məsələlərini qaldırıblar. Onlara həmin müraciətlərin həllinə nail olunması istiqamətində addımların atılacağı bildirilib.