Cari ildə Xaçmaz rayonunun bir sıra ərazilərində qazlaşdırılma işləri yerinə yetirilir. Bu haqda ShimalNews 27 fevral tarixində məlumat verir.
“Azəriqaz” İB tərəfindən 4-cü şöbə yaşayış massivi, İstisu qəsəbəsi, Sabiroba və Ağçay kəndlərində qaz xətləri çəkilir.
Həmçinin bu il Xaçmaz şəhər 61-ci kvartal, Əhmədoba, Müşkür, Üçgünqışlaq və Hacıəhmədoba kəndlərinə, 3-cü şöbə (Xudat şəhəri), Yalama qəsəbəsində yerləşən yeni yaşayış massivlərinə qaz xətlərinin quraşdırılması nəzərdə tutulub.