Xaçmaz rayonunun 29 yaşayış məntəqəsi olmaqla ümumilikdə 9170 abonentin qaz təminatında fasilə yaranıb. Bu barədə ShimalNews 29 may tarixində məlumat verir.
Bu gün saat 10:00-dan etibarən Qusarçay kəndi istiqamətində xətlərdə təmir işləri başlanılıb. Onlar yekunlaşanadək mavi yanacaq təminatında fasilə olacaq.
Bu müddət ərzində sakinlərdən qaz təhcizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.