Xaçmaz rayonunun Qaraqurtlu kəndində 200 evə hesablanan transformatora 500 ev qoşulub. Bu barədə ShimalNews 8 iyul tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Səməd Vurğun küçəsinin sakinləri işıq çətinliklərindən danışıblar. Onlar burada və ətraf məhəllələrdə kabelləşmənin aparılmadığını deyirlər. İşıqların zəif olması isə elektrik avadandanlıqlarını sıradan çıxarır.
Məsələ ilə bağlı "Azərişıq" ASC-nin Xaçmaz rayon şöbəsindən münasibət bildirilib. Deyilənə görə, Qaraqurtlu kəndinin kabelləşməsi üçün işlərə başlanılıb. Material sifariş verilib və gələn kimi həmin küçədə də işlərə başlanılacaq.