Xaçmazda məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər ərazidən götürülüb. Bu barədə ShimalNews 11 aprel tarixində Xaçmaz Şəhər İƏD-ə istinadən məlumat verir.
Şəhərin sanitariya qaydalarına əməl edilməsini qorumaq məqsədilə N.Nərimanov küçəsində yerləşən zibil qabları yığışdırılıb.
Qurumdan sakinlərinə və obyekt sahiblərinə bildiriş və xəbərdarlıqlar təqdim edilib. Onlara, həmçinin tullantıların atılması saatı barədə məlumat verilib.