Xaçmaz rayonunun Qaraqurdlu kəndində istismar müddəti başa çatan qaz xətlərinin yenilənməsi işləri aparılır. Bu haqda ShimalNews 2 iyul tarixində xəbər verir.
İşlər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilir. Layihə üzrə diametri 108 mm, uzunluğu 1300 metr olan borular quraşdırılır. Nəticədə qaz təzyiqinin mövsümi zəif olmasının aradan qaldırılacağı bildirilib.