Xaçmazın Yalama kəndində elektrik təsərrüfatı əhalini enerji ilə təmin eləmir. Bu barədə ShimalNews-a 14 iyun tarixində oxucularımız məlumat verib.
“Kənddə olan transformator çox bərbad vəziyyətdədir. Bir az külək və yağış olan kimi işıqlar sönür. Dünən bu yayın isti günündə axşama kimi işıqsız qalmışıq. Neçə ildir bu vəziyyətdə yaşayırıq. İşıqlar çox zəifdir və durmadan yanıb-sönür. Xahiş edirik, köhnə transformator yenisi ilə əvəz olunsun”, - deyə sakinlərdən biri bildirib.
Bundan öncə adıçəkilən kəndin qəzalı vəziyyətdə olan işıq dirəkləri haqqında xəbər vermişdik.