Xaçmazda köhnə zibil qutuları yeniləri ilə əvəz olunur. Bu barədə ShimalNews 19 aprel tarixində Xaçmaz Şəhər İƏD-ə istinadən xəbər verir.
Şəhərin H.Z.Tağıyev küçəsində istismar müddəti bitmiş, yararsız hala düşən, məişət tullantıları üçün nəzərdə tutulan qutular ərazidən aparılıb. Onların əvəzinə isə yeni konteynerlər qoyulub.