Xaçmazda içməli su və kanalizasiya xidmətlərindən uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Bu haqda ShimalNews 28 fevral tarixində Azərsu ASC-yə istinadən məlumat verir.
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə rayon ərazisində yoxlamalar aparılıb. Araşdırmalar nəticəsində qanun pozuntusu aşkarlanan obyektlərin su təchizatı dayandırılıb və dəymiş ziyan aktları tərtib edilib.