Xaçmaz şəhərində “Başdan ayağa” aksiyası keçirilib. Bu haqda ShimalNews 1 noyabr tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Aksiya çərçivəsində Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəhbər şəxsləri idarənin qəza xidmətinin əməkdaşlarına dəstək məqsədi ilə abonentlər tərəfindən daxil olan müraciətlərdən birinin nəticələrini özləri aradan qaldırıblar.
Şəhriyar küçəsi, 22 ünvanında yaşayan Hacıəliyev Bəxtiyar quruma müraciət edərək bildirib ki, qaz sayğacının fəaliyyətində problem yaşanır. Bu səbəbdən qurğunun dəyişdirilməsinə ehtiyac yaranıb.
Məsul şəxslərdən ibarət komanda qısa müddət ərzində fərdi yaşayış evində quraşdırılan sonradan ödənişli sayğacın əvəzlənməsi işini icra ediblər.