Xaçmazda baş vermiş avtoqəza işıq təchizatında fasiləyə səbəb olub. Bu haqda ShimalNews 5 yanvar tarixində Report-a istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi H.Z.Tağıyev küçəsində qeydə alınıb. "Ford" markalı yük maşını idarəetmədən çıxaraq elektrik və internet dirəklərinə çarpılıb. Qəza nəticəsində şəhərin böyük hissəsi işıqsız və internetsiz qalıb.
Avtomobilin sürücüsü hadisə yerindən yayınıb.
Faktla bağlı araşdırma aparılır.