Xaçmazda 28 yaşayış məntəqəsi qazsız qalıb. Bu barədə ShimalNews 14 avqust tarixində məlumat verir.
Hazırda 7600 abonentin qaz təminatında fasilə yaranıb. “Azəriqaz” İB ərəfindən bildirilib ki, bu hal Qusarçay kəndi istiqamətində istismarda olan d-315 mm-lik yeraltı qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar yaranıb. İşlər tamamlanan kimi təchizatı bərpa ediləcək.