Sabah Xaçmazda 28 yaşayış məntəqəsi qazsız qalacaq. Bu barədə ShimalNews 29 iyul tarixində məlumat verir.
Qusarçay kəndi istiqamətində istismarda olan d-315 mm-lik yeraltı qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar olaraq, 30 iyul saat 10:00-dan etibarən işlər tamamlanana qədər qaz təchizatı dayandırılacaq. Həmin müddətdə ümumilikdə 7600 abonentin qaz təminatında fasilə yaranacaq.