Xaçmaz rayonu ərazisində daşıyıcı qaz xəttində baş verən güclü sızma aradan qaldırılıb. Bu haqda ShimalNews 29 fevral tarixində məlumat verir.
Qəza nəticəsində 7 kəndin 3.500 abonentinin mavi yanacaqla təminatında məhdudiyyət yaranmışdır. İki saat ərzində Xaçmaz Regional Qaz İstismarı İdarəsinin əməkdaşları təmir aparıblar. Qazın verilməsi bərpa olunub.