Bu gün Xaçmaz şəhər İƏD tərəfindən iməcilik keçirilib. Bu barədə ShimalNews 1 mart tarixində adıçəkilən quruma istinadən xəbər verir.
İƏD və MKTİ-nin əməkdaşları şəhərin 61-ci ərazisində təmizlik işləri aparıblar. Burada məişət tullantıları toplanıb və əraziyə zibil qutuları qoyulub.
Daha öncə M.Ə.Sabir, Qara Qarayev və digər küçələrdə abadlıq işləri aparılmışdır.