Xaçmazın Sibiroba kəndinin qazlaşdırılmaması sakinlərə çətinlik yaşadır. Bu barədə ShimalNews 1 mart tarixində məlumat verir.
Sakinlərin sözlərinə görə, əhalisi 500 nəfərə yaxın olan kənddə qaz yoxdur. Bu səbəbdən evlərini isitmək üçün odun yandırmağa məcbur qalırlar.
Onlar dəfələrlə Xaçmaz rayon Regional Qaz İdarəsinə müraciət ediblər. Lakin verilən vədlər hələ də yerinə yetirilməyib.