Sabah Xaçmazda 21 yaşayış məntəqəsi qazsız qalacaq. Bu barədə ShimalNews 8 iyul tarixində məlumat verir.
Çarxı, Çılğır, Rəhimoba və Hülövlü kəndləri istiqamətində istismarda olan d-315 mm-lik yeraltı qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar olaraq, 9 iyul saat 10:00-dan etibarən işlər tamamlanana qədər qaz təchizatı dayandırılacaq. Həmin müddətdə ümumilikdə 3500 abonentin qaz təminatında fasilə yaranacaq.