Xaçmazın Əhmədoba və Hacıəhmədoba kəndlərinin qazlaşdırılmaması sakinlərə çətinlik yaşadır. Bu haqda 14 iyun tarixində ShimalNews məlumat verir.
1000 nəfərdən çox əhalisi olan hər 2 kəndin qazı yoxdur. Sakinlərin sözlərinə görə, qonşu kəndlərin artıq hamısı qazlaşdırılıb.
“Müraciət etmədiyimiz qurum qalmayıb. Lakin heç bir fayda yoxdur. Qışda evlərimizi isitmək üçün fındıq qabığı yandırırıq. Onun da qiyməti bu ildən qalxıb”,- deyə sakin bildirib.