Sabah Xaçmazın 2 kənd və 1 qəsəbəsi qazsız qalacaq. Bu barədə ShimalNews 15 iyul tarixində məlumat verir.
İyulun 16-sı İstisu qəsəbəsi istiqamətində istismarda olan qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar olaraq, saat 10:00-dan etibarən işlər tamamlanana qədər qaz təchizatı dayandırılacaq.
Həmin müddətdə ümumilikdə 1400 abonentin qaz təminatında fasilə yaranacaq.