Xaçmazda mavi yanacağın verilməsində fasilə yaranacaq. Bu barədə ShimalNews 14 fevral tarixində Bizim.Media-ya istinadən xəbər verir.
Qaz təchizatı Maqsudkənd ərazisində dayandırılacaq. Buna səbəb yeni çəkilmiş qaz xəttinin istismarda olan yeraltı qaz kəmərinə qoşulmasıdır. Fasilə fevralın 15-i saat 10:00-da başlayacaq və işlər tamamlananadək davam edəcək.
Sözügedən qaz kəmərindən 9500 abonentin qazla təchizatı təmin edilir.