Xaçmazın Nabran kəndində tullantıları nəzərdə tutulmayan yerə atan şəxsin görüntüləri yayılıb. Bu barədə ShimalNews 31 iyul tarixində sosial şəbəkələrdə yayılan məlumata əsasən xəbər verir.
Müəllifin bildirdiyinə görə, natəmizlik yaradan şəxs 99-VT-831 dövlət qeydiyyat nişanlı avtomobilini saxlayaraq küçəyə zibil torbalarını atıb. Daha sonra hərəkəti davam etdirib və oxşar əməli təkrarlayıb.
Belə halların tez-tez baş verdiyi və ictimaiyyətdə qıcıq yaratdığı bildirilib.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/07/Sequence-024.mp4"][/video]