Sabah Xaçmazın bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır. Bu haqda ShimalNews 18 iyul tarixində məlumat verir.
Yalama kəndi istiqamətində istismarda olan qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar olaraq, saat 09:30-dan etibarən Yalama və Ortaoba kəndlərində qaz olmayacaq.
Təchizatın dayandırıldığı müddətdə 800 abonentin qaz təminatında fasilə yaranacaq.