Xaçmaz rayonu, İzmayılovka qəsəbəsində su təminatında fasilə olub. Bu barədə ShimalNews 13 dekabr tarixində məlumat verir.
Dekabrın 12-si saat 13:00 radələrindən başlayaraq su kəsilib. Məlumata görə, buna səbəb Qaraqurtlu kəndindən keçən boruda qəzanın baş verməsi olub.
Əraziyə texniki briqada cəlb olunub və təmir işləri gecə saatlarına kimi davam edib. Hazırda suyun verilişi bərpa olunub.