Sabah Xaçmaz və Quba rayonlarının bəzi ərazilərində qaz təminatı dayandırılacaq. Bu haqda ShimalNews 29 may tarixində məlumat verir.
Mayın 30-u saat 9:30-dan etibarən təmir işlərinə başlanılacaq. Həmin vaxt Xaçmazda 3800 abonentin qaz təminatında fasilə yaranacaq. Qubada isə eyni proses saat 10:00-dan etibarən aparılacaq. Bu səbəbdən 10 yaşayış məntəqəsi olmaqla 1890 abonentin qaz təminatı dayandırılacaq.
Bu müddət ərzində sakinlərdən qaz təhcizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.