Xaçmaz, Quba və Qusar rayonlarında qaz təminatında fasilə yaranacaq. Bu haqda ShimalNews 12 iyun tarixində məlumat verir.
Xaçmaz rayonu ərazisində "Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması"na görə, Nabran xəttində sızma aradan qaldırılacaq. Bu müddətdə 23 kənd (3400 abonent) qazsız qalacaq.
Qubanın İqrığ kəndində qaz xətti dayaqlar üzərinə qaldırılacaq. Həmin müddətdə ümumilikdə 412 abonentin qaz təminatında fasilə yaranacaq.
Qusarın Köhnə Xudat və Qazmalar kəndi istiqamətində keçən qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar olaraq qaz təchizatı dayandırılacaq. Nəticədə həmin vaxt 850 abonent mavi yanacaqdan istifadə edə bilməyəcək.
Bütün işlər iyunun 13-ü saat 10:00-da start götürəcək.