Qışda təbii qaza tələbatın artımı dağlıq ərazilərdə təyin olunan limitin tez zamanda keçməsinə səbəb olur. Bu barədə ShimalNews 23 dekabr tarixində ATV-yə istinadən məlumat verir.
Bəzi evlər qazla təmin olunsa da, odun yandırırlar. Sakinlər bildirirlər ki, onlar bunu istəmədən edirlər. Dağlarda havalar tez soyuyur və gec isinir. Mavi yanacaq limiti tez bitməsi və maddi imkanın az olması burada yaşayan insanları odunla isinməyə məcbur edir.
Bu səbəbdən sərt soyuq olan ərazilər üçün tarifin deyişdirilməsinin mümkünlüyü araşdırılıb.
Millət vəkili Vüqar Bayramov da hesab edir ki, dağlıq və qışı ağır keçən rayonlara tətbiq olunan tarifə yenidən baxılmasına ehtiyac var.
“Azəriqaz”ın məlumatına görə, ölkəmizdə artıq 52% abonent 10 qəpiklik limiti keçib və 20 qəpik ödəyirlər. Qurumun şöbə müdiri Eldəniz Vəliyev bildirib ki, qaydalar, tarif və limiti onlar təyin etmirlər. Buna SOCAR “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyəti var.