Dünəndən başlayan güclü külək elektrik enerjisində fasilələrin yaranmasına səbəb olub. Bu haqda ShimalNews 6 fevral tarixində məlumat verir.
Sakinlər bildirirlər ki, külək başlayan kimi işıqlar sönüb. Quba kəndlərində işıq yoxdur, şəhər ərazisində işıqforlar çalışmır. Xaçmazın Hacıbəyli kəndində elektrik transformatorunda qısaqapanma baş verib. Qusarda da enerji təminatında çətinliklər var.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2024/02/Sequence-016.mp4"][/video]