Quba və Xaçmaz rayonlarının bəzi kəndləri işıqsız qalıb. Bu barədə ShimalNews-a 23 fevral tarixində məlumat daxil olub.
Barlı, Zərdabi, Arzu, Amsar, Hacıqeyib, Hacıəlibəy və digər kəndlərdə gecə saat 04:00-da elektrik enerjisinin verilməsi dayandırılıb. Buna səbəb Hacıəlibəy kəndində olan transformatorda yaranan nasazlıq olub.
Hazırda “Azərişıq” ASC-nin əməkdaşları təmir işləri aparırlar və elektrik enerjisinin verilməsini bərpa etməyə çalışırlar.