Bölgəmizdə aparılan qazlaşma işləri yoxlanılıb. Bu barədə ShimalNews 26 iyun tarixində məlumat verir.
"Azəriqaz İB"nin baş direktor müavini Ceyhun Şıxəliyev Xaçmazın Qımılqışlaq kəndində və Qubanın Qacar Zeyid kəndində olub. Burada ona görülən işlərlə bağlı ətraflı məlumat verilib.
Qurum rəsmisi ərazidə çalışan işçilərə təhlükəsizlik qaydalarına hər zaman əməl etmələrinin vacibliyini xatırladıb. Sonda Qubanın Qacar Zeyid və Qusarın Avaran kəndlərində qazlaşma işini icra edən bir qrup əməkdaş Fəxri Fərman və hədiyyə ilə təltif olunub, onlara işlərində uğurlar arzulanıb.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/06/azeriqaz.mp4"][/video]