Bu həftə "Azəriqaz” İB 3 rayon üzrə “Açıq mikrofon” aksiyası keçirəcək. Bu barədə ShimalNews 29 may tarixində adıçəkilən quruma istinadən xəbər verir.
Aksiya həftənin 2-ci günü (30 may) saat 11:00-dan 12:00-dək Xaçmaz rayonunda (Zəfər Parkı), 4-cü günü (1 iyun) saat 12:00-dan 13:00-dək Siyəzən rayonunda (Mərkəzi Kitabxananın qarşısı), 5-ci günü (2 iyun) saat 11:00-dan 12:00-dək isə Quba rayonunda (Gənclər Parkı) baş tutacaq.
Vətəndaşlar aksiyada iştirak edərək, öz problemləri haqda danışa bilərlər.