Quba şəhərinin avtomobil yollarında olan zibil qabları yığışdırılır. Bu barədə ShimalNews 22 dekabr tarixində məlumat verir.
Hazırda Heydər Əliyev prospekti və Əliqulu Nərimanov küçəsində tullantı qabları götürülüb. Buna səbəb nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranmasıdır. Eləcə də Qubanın turizm rayonu olduğunu nəzərə alsaq, xoşagəlməz mənzərə aradan qaldırılıb.
Sakinlərin bir qismi bu addımı bəyənməyərək bildirib ki, yığışdırmaq lazım deyildi. Əhalinin digər hissəsi isə natəmizliyin, itlərin toplaşmasının qarşısının alınmasını, yol hərəkətinin rahatlaşmasını müsbət qarşılayıb.
Artıq tullantılar gündə 2 dəfə qapılardan toplanaraq ərazidən kənarlaşdırılacaq. Bu haqda 1 ay öncə xəbərdarlıq məktubları ünvanlara çatdırılmışdır. Xidmətə görə aylıq ödəniş isə (1.5 manat) dəyişmədən qalır.
Daha öncə zibil qutularına görə yaranan çətinliklər haqqında xəbər vermişdik.