Quba rayonunun Raziyələr kəndinin içməli su təchizatı sisteminin yaxşılaşdırılması üzrə layihə icra olunur. Bu haqda ShimalNews 13 fevral tarixində məlumat verir.
“Sukanal” ETLİ-nin Mühəndis geoloji axtarışları şöbəsinin mütəxəssisləri tərəfindən layihələndirilən su anbar meydançaları, magistral və kənddaxili su xətləri ərazisində mühəndis-geoloji qazma işləri aparılıb. Quyulardan laboratoriya tədqiqatları üçün qrunt və su nümunələri götürülüb.