Quba rayonunun Vəlvələ kənd sakinləri 15-16 ildir ki, suyu pul ilə aldıqlarını bildirirlər. Bu haqda ShimalNews 6 aprel tarixində “Baku TV”yə istinadən xəbər verir.
Aidiyyəti qurumlara müraciətlər edilsə də, məsələ həll yolunu tapmayıb:
“İmkanımız yoxdur ki, 20-30 manat verib çənə su alaq. Üst-başımız palçıq içindədir, gedirik meşəyə, gecə 2-yə kimi atla, eşşəklə ancaq su daşıyırıq. İftarda orucu açmağa su tapa bilmirik. Çox çətindir, belə yaşamaq olmaz”.
Məsələ ilə bağlı bələdiyyədən bildirilib ki, kəndin 3 artezian quyusu var. Onlardan biri çalışmır. Yeni quyu qazıb onu avadanlıqlarla təmin etmək 50-60 min manat pul tələb edir ki, bu, bələdiyyənin imkanları xaricindədir. Lakin yaxın vaxtlarda kənddə artezian quyusu qazılacaq.