Qubanın Kunxırt, Aydınkənd və Xırt kəndlərinin sakinləri internet üzünə həsrətdirlər. Bu barədə ShimalNews 14 aprel tarixində “Baku TV”yə istinadən məlumat verir.
Bəzi kəndlərdə rabitə xətləri evlərin üzərindən keçir. Lakin yan ötüb digər yaşayış məntəqələrinin təminatına xidmət edir. Həmin sakinlər məcbur olub, mobil rabitə vasitəsi ilə internet paketlər əldə edirlər. Yalnız bu vasitə ilə övladları onlayn təhsil ala bilir, özləri isə xəbərlərdən məlumatlı olurlar.
Məsələ ilə bağlı “Aztelekom” MMC-nin mətbuat katibi açıqlama verib. Alidə Mustafayeva bildirib ki, hazırda sürətli internet texnologiyalarının təmin edilməsi davam edir. İşlər 2024-cü ilin sonuna kimi yekunlaşacaq.