Quba şəhərində küçələrin birində zibil qutusu ətrafda yaşayanların təlabatını ödəmir. Bu haqda ShimalNews 9 noyabr tarixində məlumat verir.
Bu hal Hüseynzadə və Fətəlixan küçələrinin kəsişməsində müşahidə olunur.
“Cəmi 1 ədəd zibil qabı var, özü də balaca. Bu səbəbdən tullantılar yerə atılır və ətrafa yayılır”, - deyə sakinlərdən biri bildirib.