Qubanın 2-ci Nügədi kənd şəhidlərinin adını daşıyan küçələr işıqlandırılacaq. Bu barədə ShimalNews 27 yanvar tarixində məlumat verir.
Hazırda işçi qüvvəsi ərazidə qazıntı işlərinə başlayıb. İlk növbədə Rahim Mikayılov, sonra isə Cəlil Xeyrullayev, Əfsan Salıyev və Eynulla Lətifov küçələrinin işıqlandırma təminatı həyata keçiriləcək.
Daha öncə adıçəkilən kəndin küçələrinə qəhrəmanlarımızın adlarının verilməsi haqqında xəbər dərc etmişdik.
[caption id="attachment_35660" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]