Quba şəhərində su borusunun partlaması nəticəsində yaranan fəsadlar aradan qaldırılır. Bu barədə ShimalNews 7 yanvar tarixində xəbər verir.
Hazırda 1 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları qəzanın baş verdiyi ərazidədirlər. Təmir üçün qazıntı işlərinə başlanılıb.
Əraziyə yol polisi cəlb edilib və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülər isə alternativ yol kimi A.Hüsyenzadə və Fətəlixan küçələrindən istifadə edə bilərlər.
Daha öncə, qəzanın baş verdiyi ərazidən görüntünü oxucularımıza təqdim etmişdik.
[caption id="attachment_34697" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]