Qubanın Qəçrəş kəndində su borusu partlayıb. Bu barədə ShimalNews 14 iyun tarixində məlumat verir.
Qəza Xınalıq yolunun üzərində baş verib. Nəticədə yüksək təzyiqlə çıxan su Şahid Məmmədovun yaxınlıqda yeni tikdiyi evi yuyub.
Sakinlər bildirirlər ki, evə ziyan dəyib və zirzəmisinə kimi su dolub. Fəvvarə kimi püskürən su çay kimi kənd küçələrini də basıb.
[video width="480" height="864" mp4="https://shimal.news/storage/photos/2024/06/26.mp4"][/video]
[video width="640" height="368" mp4="https://shimal.news/storage/photos/2024/06/130.mp4"][/video]