Qubada Şuduq və Nöydün kəndlərinin elektrik enerjisi verilişində qısamüddətli fasilə yaranıb. Bu barədə ShimalNews 4 iyul tarixində Den.az-a istinadən məlumat verir.
Qəza rayonun Şuduq kəndində baş verib. Ağacın budağı qırılaraq 10.000 kV-lıq elektrik xəttinin üstünə düşüb. Nəticədə sadalanan kəndlər işıqsız qalıb.
Quba Rayon Elektrik Şəbəkəsinin (REŞ) əməkdaşları tərəfindən bərpa işləri aparılıb. Elektrik enerjisinin verilişi təmin olunub.