Qubanın Timiryazev qəsəbəsində ötən ilin noyabr ayından zədəli içməli su xətti təmir edilib. Bu haqda ShimalNews 18 mart tarixində məlumat verir.
Yaşayış məntəqəsinin mərkəzi küçəsində müşahidə olunan bu hal fəsadlar törədib. Ətraf ərazi su və palçıq olurdu. Yanvar ayının əvvəlində məsələ ilə bağlı xəbər vermişdik.
Sakinlər bildirirlər ki, boru təmir ediləndən sonra yolun səthi bərpa edilməyib. Onların təqdim etdiyi görüntüləri oxucularımızla bölüşürük:
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2024/03/Sequence-0115.mp4"][/video]