Quba küçələrində 2 həftədir ki, yola axan sudan ətrafa pis qoxu yayılır. Bu barədə ShimalNews 6 fevral tarixində məlumat verir.
Tutu Bikə küçəsində asfaltın altından fasiləsiz su çıxır. Buradan Fətəlixan küçəsinədək gölməçə əmələ gəlib. Üstəlik sudan keçən avtomobillər piyadaların üzərinə çirkab sıçradırlar.
Sakinlərin sözlərinə görə, müvafiq qurumlara müraciət olunub. Yanvarın 23-dən bu günə kimi məsələ həllini tapmayıb.
[caption id="attachment_36226" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]