Qubanın Zərdabi qəsəbəsində kanalizasiya suları küçə boyunca axır. Bu haqda ShimalNews-a 2 yanvar tarixində məlumat daxil olub.
Antisanitar vəziyyət Təbriz küçəsində yaşanır. Sakinlərin sözlərinə görə, 1 həftəyə yaxındır ki, çirkab sular küçə ilə axır. Onlar bildirirlər ki, aidiyyəti qurumlara məlumat versələr də, məsələ həllini tapmayıb.
“Bu kanalizasiya tez-tez daşır və bizi çox narahat edir. Küçəni bürüyən pis qoxu əlindən boğaza yığılmışıq”, - deyə sakin bildirib.
[caption id="attachment_34518" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_34519" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]